KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

16.05.2018

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  mayın 14-də T.Müseyiblinin 150 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Akif Cavadov və Vasif Rzayev saxlanılmışlar.


Mayın 16-da saat 7 radələrində Nərimanov rayonunun Ə.Qayıbov küçəsində Quba rayon sakini Ələmşah Sultanov idarə etdiyi “Dong Feng” markalı yük avtomobili ilə yolu keçən Şəmkir rayon sakini Nərmin Sadıqovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Xəzər RPİ  2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 5-də rayon ərazisində 2 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Təbriz Ağasiyev saxlanılmışdır.

Qaradağ RPİ 10-cu PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Musa Tağıyev saxlanılmışdır. 

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aprelin 12-də “VAZ-2107” markalı avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Cabbarov saxlanılmışdır.