KRİMİNAL XRONİKA

Əsas səhifə

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət...

17.05.2018

Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ə.Həmidov Balaxanı qəsəbəsi ərazisində yerləşən məişət tullantıları ərazisindən tapdığı nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 7 ədəd patronu könüllü olaraq Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə təhvil verib.

Oğurluq etdiklərinə görə tutulmuş Təbriz Ağasiyevin və Ramin Həmidovun ətraflarında Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 2 evdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilmişdir.

Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən Hövsan qəsəbəsində yaşayan Mirzə Mirzəyevin evinə baxış zamanı 171,388 qram heroin və 24,291 qram metamfetamin aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış S.Məmmədovanın Quba rayon sakini Sənan Hacıyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə vurulması müəyyən edilmiş və o, saxlanılmışdır.