KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində...

20.05.2018

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsindəki parkda 2 nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxdıqlarını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıblar. Araşdırmalarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müəyyən edilib. Bakı şəhər sakini X.Məmiyev isə mayın 19-da saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində naməlum şəxsin onun 402 manatını və mobil telefonunu alması barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Asim Quliyev saxlanılıb. Faktlarla bağlı rayon polis idarələrində araşdırmalar aparılır. 

Baş Cinayət Axtarışı İdarəsi və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində fevralın 19-dan aprelin 18-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən, 1 gözəllik salonundan və 1 ofisdən pul, mobil telefon və fotoaparat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş bir yeniyetmə saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri  nəticəsində aprel ayı ərzində rayon ərazisindəki 5 həyətyanı sahədən su sayğacı oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini Seymur Əliyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində 3 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev saxlanılmışdır.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri  ilə mayın 13-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Kazımov saxlanılmışdır.