KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən mayın 7-də Sumqayıt şəhər sakini Mübariz Qasımovu aldadaraq...

27.05.2018

Nəsimi RPİ 22-ci PŞ-nin əməkdaşları tərəfindən mayın 7-də Sumqayıt şəhər sakini Mübariz Qasımovu aldadaraq 838 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini Azər Şükürov saxlanılmışdır.

Mayın 27-də saat 21 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İman İmanov vurulmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mayın 25-də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə müraciət edən  Bakı şəhər sakini Z.Kazımova bir gün əvvəl “Sədərək” ticarət mərkəzindəki mağazaların birində çantasından 250 manat pulunun oğurlandığını bildirb. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların Lənkəran şəhər sakinləri olan qardaşlar - Mahir və Rafiz Şəfiyevlər olduqları müəyyən edilib. Əməliyyat tədbirləri ilə onların mayın 23-də də həmin ticarət mərkəzində eyni üsulla Bakı şəhər sakini K.Hüseynovanın çantasından içərisində 230 manat və bank kartları olan pulqabısını oğurladıqları da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır. 

Mayın 27-də saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun Füzuli küçəsindən Bakı şəhər sakini Sərxan Quliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülmüş təxirəsalınmaz tədbirlərlə qeyd olunan avtomobil  İnşaatçılar prospektində Yasamal RPİ 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini olan yeniyetmə nəqliyyat vasitəsi ilə birgə aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. 

Mayın 26-da saat 11 radələrində DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən 2015-ci il mayın 1-də Sumqayıt şəhərindən qaçırılmış, Q.Osmanovaya məxsus “Chevrolet” markalı avtomobilin Moskva prospektində hərəkətdə olması aşkar edilib. Məlumat dərhal aidiyyatı üzrə ötürülüb. Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində avtomobil saxlanılıb. Araşdırmalarla nəqliyyat vasitəsini idarə edənin Bakı şəhər sakini Orxan Əyyubov olduğu müəyyən edilib və o, saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.