KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən...

29.05.2018

Bakı şəhər BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən mayın 27-də G.Əliyevanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Əzizova saxlanılmış və izahatı alındıqdan sonra buraxılmışdır.


Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cəmil Əliyev Gürgan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silnmiş “Revolver” tipli tapança, 4 ədəd patron, həmçinin əlindəki paketdə çəkisi 2 kiloqram 400 qram marixuana aşkar edilərək götürülüb. Onun əvvəllər Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunduğu da müəyyən edilib. 


Sabunçu RPİ 15-ci Polib Bölməsinin əməkdaşları tərəfindən Pirşağı qəsəbə sakini Habil Əminova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə  kolu aşkar edilərək götürülüb.


Əlahiddə Çevik Polis Alayı və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-dən 29-dək olan müddətdə Şağan qəsəbəsindəki bağ evlərinin birindən 1500 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılmışdır. 


Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da İ.Nəcəfovaya məxsus “İnfiniti” markalı avtomobildən qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Namiq Təhməzov saxlanılmışdır.


Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən mayın 18-də rayon ərazisindəki evlərin birindən 77 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Şahverdiyev saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 31-də bir nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilmişdir.