KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da Bakıxanov qəsəbəsində yaşayan...

31.05.2018

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da Bakıxanov qəsəbəsində yaşayan Cəfər Nəbiyevin həyətindən su çəni oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məcid Mustafayev, əvvəllər məhkum olunmuş Qafar Babayev və Elgün Əhmədov saxlanılmışlar. Ətraflarında aparılmış tədbirlərlə M.Mustafayevin və Q.Babayevin mayın 31-də qəsəbə ərazisindəki daha bir evin həyətindən su çəni oğurlamaları da müəyyən edilmişdir.

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da rayon ərazisindəki evlərin birindən 8000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Xəqani Xairov saxlanılmışdır.

Suraxanı RPİ 30-cu PŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində 2 avtomobildən akkumulyator, habelə evdən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Salayev saxlanılmışdır.

Mayın 31-də  Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən Cəfərovaya və onun anası Esmira Cəfərovaya xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölmüş, anasının vəziyyəti ağırdır. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qədimov saxlanılmışdır. Onun evindən  müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülmüşdür. Araşdırma aparılır.

Xətai RPİ-nin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ə.Həsənova və P.Höccətova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Bizyarkin saxlanılıb. Faktla bağlı araşdırma aparılır.