KRİMİNAL XRONİKA

Əsas səhifə

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Əliyeva Nəsimi rayonu ərazisində...

01.06.2018

DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini  E.Əliyeva Nəsimi rayonu ərazisində bir nəfərin zor tərəbiq edərək onun pulunu aldığını bildirib. Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bülbül prospektindəki mağazaların birində, naməlum şəxsin satıcı işləyən həmin qadına zor tətbiq edərək oradan 100 manat pul apardığı məlum olub.  Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və  onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Soltanov olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

İyunun 1-nə keçən gecə Binəqədi rayonunun M.Cəlal küçəsində Bakı şəhər sakini N.Məmmədova məxsus “Lada Priora” markalı avtomobildən maqnitofonunun oğurlanması barədə 7-ci Polis Bölməsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların paytaxt sakinləri olan iki qardaş - əvvəllər məhkum olunmuş Füzuli Mustafayev və Nizami olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən cari il fevralın 5-də Oqtay Həşimova məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Anar Mehdiyev saxlanılmışdır.

Oğurluq etdiklərinə görə tutulmuş Sahib Əsədullayevin və qardaşı Mikayılın ətrafında Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların A.M.Şərifzadə küçəsində yerləşən qəbiristanlıqda daha 2 qəbirin üzərinə quraşdırılmış bürüncdən olan büstləri və əklili oğurlamaları da müəyyən edilmişdir.

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Narkotik vasitə tutulmuş Vasif Qəniyevin ətrafında Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il may ayının 23-də Bakı şəhər sakini L.Quliyevanın çantasından 250 manatını oğurlaması da müəyyən edilmişdir.