KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 4-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimov idarə...

04.06.2018

İyunun 4-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Elvin Rəhimov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 60-65 yaşlı kişini vurmuş və nəticədə həmin şəxs hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

 Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 120 manat, mobil telefon və şəxsiyyət vəsiqəsi oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Telli Əliyeva saxlanılmışdır.

 

 Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində yaşayan Elçin Cəbrayılov müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-54” markalı ov tüfəngini 42-ci Polis Bölməsinə təhvil vermişdir.