KRİMİNAL XRONİKA

Əsas səhifə

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin...

06.06.2018

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir. Xəzər RPİ-nin əməkdaşları Zirə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevə məxsus həyətyanı sahədən 12 ədəd, Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mövsüm Quliyevə məxsus həyətyanı sahədən 11 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edərək götürüblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.