KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbə sakini...

11.06.2018

İyunun 11-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən  Binə qəsəbə sakini Paşa Baxşəliyev saat 11 radələrində Buzovna qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən şəxs həmin nəqliyyat vasitəsilə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Samir Quliyev olduğu məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə avtomobildən 1 ədəd kustar üsulla hazırlanmış tüfəng, 1 ədəd kustar üsulla hazırlanmış sandıq və 8 ədəd patron aşkar edilərək götürülüb. Xəzər RPİ-də araşdırma aparılır. 

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkan qəsəbə sakini Aqşin Məmmədovun yaşadığı evin həyətindəki qarajdan çəkisi 305 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır. 

Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 9-da rayon ərazisindəki evlərin birindən 540 manat pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu olan yeniyetmə saxlanılıb. 

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini M.Paşayevə məxsus “Mercedes” markalı avtomobildən 1020 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şaiq Hacıyev saxlanılıb.