KRİMİNAL XRONİKA

Əsas səhifə

İyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində...

18.06.2018

İyunun 18-də DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini Stanislav Yakuşev saat 10 radələrində İzmir küçəsindəki evin qarşısından “Haojue” markalı motosikletinin qaçırıldığını bildirib.
Məlumatla əlaqədar Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs qısa müddətdə İnşaatçılar prospektində motosikletlə birgə saxlanılıb.
Polis Bölməsində aparılan araşdırmalarla onun  Bakı şəhər sakini Müşfiq Həsənbəyli olduğu, həmin gecə Q.Şərq küçəsindəki evlərin birinin qarşısından Z.Quliyevə məxsus velosipedi oğurladığı da müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. 

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 17-də Buzovna qəsəbəsindəki evlərin birindən 1130 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Namiq Salayev saxlanılmışdır.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən iyunun 17-də Bakı şəhər sakini Sərdar Həsənovun mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Zaur Əhmədov və Masallı rayon sakini Nağı Teymurov saxlanılmışlar.

Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən iyunun 17-də Y.Yusifovun evindən 200 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əhliman İsmayılov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.