KRİMİNAL XRONİKA

Əsas səhifə

Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində...

25.06.2018

Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Məmmədova iyunun 25-də saat 7 radələrində metronun “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə aldığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.
Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Bakı şəhər sakini E.Sadıqovanın mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Oruc Sabutov saxlanılmışdır.

Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən iyunun 24-nə keçən gecə A.M.Şərifzadə küçəsindəki evlərin birinin qarşısından 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Samir İsgəndərov saxlanılmışdır.