KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

27.06.2018

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Şahin Əmirullayevdən nömrəsi silinmiş “Naqan” tipli tapanca və 4 ədəd patron götürülmüşdür.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 24-də Həmid Tağıyevə məxsus “QAZ-24” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aqil Mustafayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Şahbala Dadaşovun ətrafında Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Y.Həşimovun həyətindən 5 baş keçi və 4 baş qoyun, V.Abdullayevin həyətindən isə 5 baş qoyun oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 4-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zaur Suleykin və daha bir yeniyetmə saxlanılıb.

Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən iyunun 23-də rayon ərazisindəki evlərin birindən 350 manat oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Mühəmməd Əliyev saxlanılmışdır.