KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov...

28.06.2018

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun 27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan pulqabısını aldıqlarını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb. Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə almaları da müəyyən edilib. 
Faktlarla bağlı araşdırma aparılır.

İyunun 26-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib. 
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. “Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.