KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

28.07.2018

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Buzovna qəsəbəsindəki evlərin birindən oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aqşin Əliyev saxlanılmışdır. Onun daha dörd nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilmişdir.
Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 24-də rayon telefon qovşağına məxsus 180 metr dirəklərarası rabitə kabelini oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini Mehman Zeynalov saxlanılmışdır. Onun iyulun 13-də daha bir mağazadan pul və tütün məmulatı oğuralması da müəyyən edilmişdir.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və oğurluğa görə məhkum olunmuş Vahid Quliyev saxlanılmışdır.