KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

25.09.2018

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Fəxrəddin Əlxasovun həyətindən torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng aşkar olunaraq götürülmüşdür.


Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən avqustun 31-də rayon ərazisindəki evlərin birindən 350 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılmışdır.


Yasamal RPİ 29-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 12-dən cari il iyulun 19-dək olan müddətdə rayon ərazisindəki 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Əliyev saxlanılmışdır.


Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.


Səbail RPİ 9-cu PB və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-si və 24-də rayon ərazisindəki 2 evdən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Bisuddin Süleymanov saxlanılmışdır.