KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

02.10.2018

Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ötən il fevralın 4-də rayon ərazisindəki evlərin birindən 2600 manat və 1200 ABŞ dolları, habelə 30.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Kamran Dadaşzadə saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il avqustun 31-də rayon ərazisindəki evlərin birindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Kənan Süleymanov saxlanılmışdır.

Oktyabrın 2-də saat 10 radələrində Binəqədi rayonunun Novxanı qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Fəxrəddin Bəşirov idarə etdiyi “İSUZU” markalı avtomobillə yolun kənarı ilə gedən qəsəbə sakinləri Ayxan Qasımovu və Rasim Bayramovu vurmuşdur. Nəticədə onlar hadisə yerində ölmüşlər. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.