KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri...

16.10.2018

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Qasımovdan 435 qram marixuana götürülmüşdür.

Polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində oktyabrın 16-da Sabunçu rayonunun Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Həsən Məmmədov tapdığı “İJ” markalı tüfəngi könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Xətai RPİ 35-ci PB və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri nəticəsində oktyabrın 11-də paytaxt sakini olan bir qadının çantasından 50 manat oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Xəlilov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.