KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 23-də Sulutəpə qəsəbəsindəki...

23.10.2018

Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən oktyabrın 23-də Sulutəpə qəsəbəsindəki evlərin birindən 500 manat və televizor oğurlamaqda şübhəli bilinən ev sahibinin kürəkəni, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Coşqun Qəmbərov saxlanılmışdır.
Oktyabrın 23-də saat 19 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini, 24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 
Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində avtomobildən oğurluq etdiyinə görə saxlanılan  Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Rizvan Quliyev və T.Mustafazadənin ətrafında aparılan tədbirlərlə onların rayon ərazisində daha 1 avtomobildən pul və sənəd, həmçinin oktyabrın 20-də Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Bakı şəhər sakini Nurlan Növrəslinin “Renault” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə mobil telefon və bankomat kartını oğurladıqları da müəyyən edilib.
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 22-də paytaxt sakini olan bir qadının içərisində 400 manat olan çantansını oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini V.Əsgərova saxlanılmışdır.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 3-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Dəmirov və Salyan rayon sakini Ramin Məmmədov saxlanılmışlar.