KRİMİNAL XRONİKA

Əsas səhifə

Oktyabrın 17-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan...

24.10.2018

Oktyabrın 17-də DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini olan bir yeniyetmə həmin gün gecə saat 2 radələrində naməlum şəxsin onların Bayıl qəsəbəsində yaşadıqları evdən oğurluğa cəhd göstərməsini, atası Sakitlə rastlaşdığından onu əli ilə vuraraq qaçdığını bildirib. Dərhal Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və əməliyyat tədbirlərinə başlanılıb. Oktyabrın 19-da saat 8 radələrində Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb. DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi və rayon prokurorluğu əməkdaşlarının birgə apardıqları araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhəd Həsənov olduğu müəyyənləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində Ə.Həsənovun Bayıl qəsəbəsindəki həmin evə oğurluq məqsədilə girdiyinə görə mənzilin sahibi Sakit Abdullayev və digər oğlu Faiq tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib. Araşdırmalarla S.Abdullayevin azyaşlı oğlunun “102 – Zəng Mərkəzi”nə də cinayətin izini itirmək məqsədilə zəng etydiyi məlum olub. Qəsdən adam öldürməkdə şübhəli bilinən S.Abdullayev və F.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən oktyabrın 6-da rayon ərazisindəki evlərin birindən 4 ədəd taxta qapı oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Ramil İsayev saxlanılmışdır.

Nizami RPİ 24-cü PŞ və DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən oktyabrın 20-də rayon ərazisindəki klubların birindən oyun aparatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ümüd İsmayılov saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş T.Mustafazadənin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də rayon ərazisində 1 avtomobildən 340 manat oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 13-də rayon ərazisində 1 avtomobildən gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı saxlanılmışdır.

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 23-də Türkan qəsəbəsindəki evlərin birindən 1100 manat oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu Tural Nuriyev saxlanılmışdır.

Kriminalistik Tədqiqatlar İdarəsi və Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il mayın 27-də rayon ərazisindəki kafelərin birindən müsiqi aləti, mikrofon və spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oleq Larkov saxlanılmışdır.

Paytaxtın Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 14 nəfər polis əməkdaşları tərəfindən saxlanılmış və  barələrində müvafiq tədbirlər görülmüşdür.