KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 8-ci PB –nin əməkdaşları tərəfindən oktyabrın 29-da rayon ərazisindəki...

30.10.2018

Səbail RPİ 8-ci PB –nin əməkdaşları tərəfindən oktyabrın 29-da rayon ərazisindəki evlərin birindən içərisində pul olan cüzdanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılmışdır.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 29-da Bakı şəhər sakini V.Abbasovun pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Toğrul Əliyev saxlanılmışdır.

Oktyabrın 30-da Xətai rayonu ərazisindəki mənzillərin birindən noutbuk və mobil telefon oğurlanmışdır. Xətai RPİ 36-cı PB-nin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.

Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmova saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır.