KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini...

01.11.2018

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini  H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində  “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb. Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib. Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Noyabrın 1-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Baxdiyar Ağayev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Coşqun Zeynallının idarə etdiyi “Mercedes” markalı avtomobili və həmin vaxt avtomobildən düşən sərnişin - paytaxt sakini Elmira Haşımovanı vurmuşdur. Nəticədə qadın hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Nərimanov RPİ 18-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Şabanov saxlanılıb. Ondan çəkisi 8 kiloqram 200 qram olan marixuana götürülüb. Faktla bağlı cinayət işləri başlanılıb.
Qaradağ RPİ 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Bakı şəhər sakini Eldəniz Əhmədovdan çəkisi 2 kiloqramdan artıq marixuana götürülüb. Faktla bağlı cinayət işləri başlanılıb.