KRİMİNAL XRONİKA

Əsas səhifə

Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən...

02.11.2018

Paytaxtın Səbail rayonu ərazisində 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən 4 nəfər şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Sudeyf Abbaszadə, Elfan Tağızadə, bir yeniyetmə və Qazax rayon sakini C.Namazova olduqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən onların törətdikləri cinayət əməllərinin üstü açılıb. Belə ki, yeniyetmənin həmin şəxslərlə birgə oktyabrın 10-da və 17-də Nərimanov rayonu ərazisində 2 evdən, oktyabrın 29-da isə Nəsimi rayonu ərazisində 1 evdən suvenirlər, pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Araşdırma aparılır.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 28-də Bakı şəhər sakini Y.Ağahüseynovun cibindən 120 manat pul və mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini G.Abdullayeva saxlanılmışdır.

Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisində 7 nəfərə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Eldar Əmirbəyov saxlanılmış, daha 2 nəfərin şəxsiyyəti müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini C.Quliyeva saxlanılmışdır.