KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etmiş İlkin Salayevin, Elfan Tağızadənin və Sudeyf Abbaszadənin ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən...

07.11.2018

Oğurluq etmiş İlkin Salayevin, Elfan Tağızadənin və Sudeyf Abbaszadənin ətrafında Nərimanov RPİ 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 26-da rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaları da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Elnur Qurbanovun ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində xətt avtobuslarında 4 qadının çantalarından içərisində pul və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilmişdir.

Narkotik vasitə ilə tutulmuş Azər Canızadənin ətrafında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 27-də şirkətlərin birinə məxsus “Toyota” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Noyabrın 7-də saat 16 radələrində Xətai rayonu ərazisində 10-cu Zavod dairəsində yolun hərəkət hissəsinin təmiri zamanı Göygöl rayon sakini Natiq Bayramov “KamAZ” markalı avtomobili  arxaya sürərkən orada fəhlə işləyən Bakı şəhər sakini Arif Hüseynovu vurmuş və nəticədə o, hadisə yerində ölmüşdür. Xətai RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atmışdır. Piyada hadisə yerində ölmüşdür. Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılmışdır. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.