KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 31-də paytaxt sakini olan bir qadının...

06.11.2018

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 31-də paytaxt sakini olan bir qadının içərisində 650 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Şəhriyar Hüseynov saxlanılmışdır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 28-dən oktyabrın 26-dək olan müddətdə rayon ərazisindəki mağazaların birindən pul və tütün məmulatı, 1 avtomobildən 155 manat və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakini, əvvəllər də oğurluğa, mənimsəmə və ya israf etməyə görə məhkum olunmuş Əli Nəcəfov saxlanılmışdır.

 

Nəqliyyat vasitəsi qaçırdığına görə tutulmuş Azər İbrahimovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 1-də rayon ərazisində “Ford” markalı avtomobildən içərisində 400 ABŞ dolları və sürücülük vəsiqəsi olan pulqabını oğurlaması da müəyyən edilmişdir.

 

Oğurluq etdiyinə görə tutulmuş Seymur Paşayevin ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 30-da və noyabrın 1-də rayon ərazisində 2 avtomobildən mobil telefon və pul oğurlaması da müəyyən edilmişdir.