KRİMİNAL XRONİKA

Əsas səhifə

Bakı şəhər BPİ və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

09.11.2018

Bakı şəhər BPİ və  Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 8-də  40-45 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək oradan yayınmış “Ford Transit” markalı avtomobilin sürücüsü Hövsan qəsəbə sakini Ağasadiq Hacıyev müəyyən edilərək saxlanılmışdır.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki 4 evə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qarayev saxlanılmışdır.

Oğurluq etdiyinə görə tutulmuş Gülnarə Novruzovanın ətrafında Yasamal RPİ  26-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun bu il aprelin 9-da paytaxt sakini olan bir qadının içərisində 115 manat və 50 ABŞ dolları, habelə qızıl üzük və bankomat kartları olan pul kisəsini oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Seymur Paşayevin ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ay ərzində rayon ərazisindəki 3 avtomobildən maqnitofon, monitor və akkumulyator oğurlaması da  müəyyən olunmuşdur.

Oğurluq etdiyinə görə tutulmuş Rövşən Novruzovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da rayon ərazisindəki 1 avtomobildən qızıl bilərzik və monitor oğurlaması da müəyyən edilmişdir.

Daxil olmuş məlumat əsasında Xəzər RPİ 1-ci PŞ və DİN-in Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsi ərazisində yaşayan Selvina Cavadvendinin evinə baxış zamanı markası və nömrəsi silinmiş, habelə lüləsi və qundağı kəsilmiş tüfəng və 4 ədəd patron aşkar edilərək götürülmüşdür.