KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 11-də saat 20 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində...

11.11.2018

Noyabrın 11-də saat 20 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Şuşa şəhər sakini Anar Cabbarov idarə etdiyi “Kia” markalı avtomobili yol ayırıcısına vurmuş və nəticədə hadisə yerində ölmüşdür.

Oğurluq etdiyinə görə tutulmuş G.Novruzovanın ətrafında Nərimanov RPİ 17-ci PB və 18-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 2 qadının çantalarından pul, qızıl boyunbağı və sənəd oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Elxan İsayevin ətrafında Binəqədi RPİ 6-cı PB-nin əməkdaşlarıt tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 9-10-da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ravil Məhərrəmovla birgə 4 avtomobildən pul, mobil telefon, qızıl və kosmetik əşyalar oğurlaması, habelə noyabrın 7-dən 10-dək olan müddətdə Biləcəri qəsəbəsi ərazisində 1 avtomobildən bankomat kartı oğurlaması, eləcə də 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir. Görülmüş tədbirlərlə R.Məhərrəmov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 25 nəfər barəsində müvafiq tədbir görülmüşdür.