KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 20-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan...

15.11.2018

Nəsimi RPİ 20-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Biləsuvar rayon sakini N.Kazımlı noyabrın 5-də bank hesabından kart vasitəsilə 46 manatının çıxarılaraq oğurlandığını bildirib. Polis əməkdaşlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini N.Mehdiyeva qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.

Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 14-nə keçən gecə rayon ərazisində “Hyundai”, “Mercedes” və “Baic” markalı 3 avtomobildən mobil telefonlar, içərisində pul, sənədlər olan çanta və pulqabı oğurlamaqda, həmçinin “Nissan” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəsul Ağazadə saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır. 

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakıxanov qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrinin birində qəsəbə sakini R.Paşayevin mobil telefonunu, həmçinin qəsəbə ərazisində  şirkətlərin birinə məxsus “Hyundai” markalı avtomobildən mobil telefon və planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Mahmudov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib. Faktla bağlı araşdırmalar aparılır.