KRİMİNAL XRONİKA

Əsas səhifə

Noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində...

17.11.2018

Noyabrın 17-də saat 13 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Cabir Babayevin ayağına xəsarət yetirib hadisə yerini tərk etmişdir. Xəstəxanaya yerləşdirilmiş C.Babayev saat 17 radələrində ölmüşdür. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Şərifov saxlanılmış, ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan, qundağı və lüləsi kəsilmiş “İJ” markalı tüfəng götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. S.Quliyevin vəziyyəti orta-ağır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılmış, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülmüşdür. Faktla əlaqədar cinayət işi başlanmışdır.

Noyabrın 17-də saat 3 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Elman Salehov vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.