KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini...

02.12.2018

Dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.