KRİMİNAL XRONİKA

Əsas səhifə

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 3-də paytaxt sakini...

04.12.2018

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 3-də paytaxt sakini olan bir nəfərə hədə-qorxu gələrək 73 manatını almaqda şübhəli bilinən Bakı şəhər sakinləri Anar Qulubəyli və əvvəllər məhkum olunmuş Cavid Şapıyev saxlanılmışlar. 

Nizami RPİ 24-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 4-də paytaxt sakini olan bir qadının cibindən içərisində 106 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Rafiq Hüseynov saxlanılmışdır.