KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində...

10.12.2018

Dekabrın 10-da saat 7 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Zaur Osmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məhbubə Alıyevanı vurmuş və nəticədə qadın hadisə yerində ölmüşdür. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlb etmə) və 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə axtarışda olan N.Haşımova saxlanılıb.

Dekabrın 10-da saat 23 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində qəsəbə sakini Tural İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi İlkin Zamanovu vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-da rayon ərazisindəki daş karxanalarının birindən 3 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən Qızıldaş qəsəbə sakinləri Yadigar Hüseynov və Fərhad Ağayev saxlanılmışlar.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 10-da rayon ərazisindən Bakı şəhər sakini Seymur Mehrəliyevin “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mətin Məmmədov H.Əliyev prospektində avtomobillə birgə saxlanılmışdır. Avtomobilə baxış zamanı ön hissəsinin əzik vəziyyətdə olması müəyyən edilmişdir. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 8-də saat 21 radələrində Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Leyla Şıxməmmədova vurulmuşdur. Qadına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “MAZ” markalı avtomobilin sürücüsü, paytaxt sakini Vüqar Şirinov saxlanılmışdır. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.