KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Hüseynova tanımadığı şəxsin...

12.12.2018

Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini  E.Hüseynova tanımadığı şəxsin Mətbuat prospektində küt alətlə ona xəsarət yetirərək içərisində pulu, 2 ədəd yaddaş kartı və sənədləri olan çantasını aldığını bildirib. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Məcid İsmayılov saxlanılıb. Araşdırma aparılır. 

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən oktyabrın 9-da rayon ərazisindəki evlərin birindən 1100 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Yaqubov saxlanılmışdır.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 10-da Biləcəri qəsəbəsindəki evlərdən birinin həyətindən su nasosu oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elmin Cəfərov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun oktyabrın 8-də mağazaların birindən 150 manat və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.

Oğurluq etdiyinə görə tutulmuş Mənsur Hacıyev və Vüqar İslamovun ətraflarında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 13-dən noyabrın 13-dək olan müddətdə rayon ərazisindəki 4 həyətyanı sahədən ev quşları oğurlamaları da müəyyən edilmişdir.

Qəsdən sağlamlığa ağır zərər vurmaya görə tutulmuş Ənvər Mövsümovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun cari il iyulun 14-də rayon ərazisində 
“Toyota” markalı avtomobildən 200 manat və sənəd oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən avqustun 28-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 100 manat oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Mustafa Sarıyev saxlanılmışdır.