KRİMİNAL XRONİKA

Əsas səhifə

Dekabrın 16-da paytaxtın Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini...

16.12.2018

Dekabrın 16-da paytaxtın Nizami rayonu ərazisindəki kafelərin birində Bakı şəhər sakini İlham Soltanəliyev münaqişə zəminində orada işləyən Cəbrayıl rayon sakini Səbuhi Səfərovun ayaq nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. S.Səfərov xəstəxanaya aparılarkən yolda ölmüşdür. 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən İ.Soltanəliyev saxlanılmışdır. 

Oğurluq etdiklərinə görə tutulmuş Sərdar Pənahovun və Ceyhun Abbasovun ətraflarında Kriminalistik Tədqiqatlar İdarəsi və Nərimanov RPİ 16-cı PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 20-dən noyabrın 17-dək olan müddətdə rayon ərazisindəki 2 mağazadan pul oğurlamaları müəyyən edilmişdir.  Habelə Ceyhun Abbasovun “London Taxi” markalı avtomobildən 551 manat oğurlaması da müəyyən edilmişdir.

Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xəzər RPİ 1-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 13-də rayon ərazisindəki evlərin birindən 250 manat dəyərində qızıl sırğa, elektrik təmir alətləri və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Mərdəkan qəsəbə sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov saxlanılmışdır.