KRİMİNAL XRONİKA

Əsas səhifə

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

21.12.2018

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də rayon ərazisindəki evlərin birindən 1000 manat pul, noutbuk, geyim əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Qəbələ rayon sakini Yusif İsayev saxlanılmışdır.

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən telefon və 600 manat dəyərində qızıl əşyalar, daha bir evdən isə təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Eldar Babayev saxlanılmışdır.

Dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Ləman Süleymanlı vurulmuşdur. Xəstəxanaya yerləşdirilmiş piyada ölmüşdür. Bakı şəhər BPİ Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin “Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilmiş və o, saxlanılmışdır.

Binəqədi RPİ 5-ci və 6-cı PB-lərin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 1-də və 10-da rayon ərazisindəki 2 mağazadan 500 manat pul, tütün məmulatı və spirtli içki oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov və Bakı şəhər sakini Sərdar Pənahov saxlanılmışlar. S.Pənahovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 8-də daha bir mağazadan 248 manat pul oğurlaması müəyyən edilmişdir.

Nərimanov RPİ 18-ci PŞ və Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 1 evdən qaz sayğacı, 1 gözəllik salonundan isə 490 manat pul oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini Rəhman Dadaşzadə saxlanılmışdır.

Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 10-da rayon ərazisində 3 ədəd rabitə quyusunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Mustafa Sarıyev saxlanılmışdır.