KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən...

24.12.2018

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar. Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 7 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini  Elxan İsayev saxlanılıb. Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə “Land Rover” markalı avtomobildən parfümeriya oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Pərvin Hümbətov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha 2 “Mercedes” markalı avtomobilin yan güzgülərini oğurlaması da müəyyən edilib. Araşdırmalar aparılır. 

Oğurluq etdiyinə görə tutulmuş Ceyhun Abbasovun ətrafında Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə, onun cari il iyunun 12-dən oktyabrın 1-dək olan müddətdə rayon ərazisində 2 avtomobildən 500 manat və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Aparılan əməliyyat və profilaktiki tədbirlər nəticəsində Səbail RPİ 41-ci PB-nin əməkdaşları tərəfindən Badamdar qəsəbəsi ərazisində 1 ədəd “AK” markalı avtomat, 1 ədəd patron darağı və 5 ədəd patron tapılmışdır.

Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də rayon ərazisindəki 2 mağazadan pul, geyim əşyaları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov saxlanılmışdır.