KRİMİNAL XRONİKA

Əsas səhifə

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

25.12.2018

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 21-də Badamdar qəsəbəsi ərazisində tikilməkdə olan evlərin birindən inşaat materialları və elektrik təmir alətlərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz Abdullayev saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun cari il iyulun 7-dən dekabrın 12-dək olan müddətdə rayon ərazisində 1 sexdən təmir-tikinti alətləri və elektrik naqili, 1 evdən isə 1050 metr elektrik naqili və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 140 manat dəyərində gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Xanməmmədov saxlanılmışdır.

Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki evlərin birindən mobil telefon, qol saatı və 780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyev saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 24-də əcnəbi vətəndaşa məxsus çantadan içərisində 100 manat, bank kartı və şəxsiyyət vəsiqəsi olan pulqabısını açıq talama yolu ilə almaqda şübhəli bilinən Sabirabad rayon sakini olan bir yeniyetmə və Lənkəran rayon sakini Elmar Mirizadə saxlanılmışdır.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 avtomobildən pul, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəvan Abdullayev saxlanılmışdır.