KRİMİNAL XRONİKA

Əsas səhifə

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində...

01.01.2019

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-də Bakı şəhər sakini Ramil Süleymanovun “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Radim Qasımov saxlanılmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində Bakı şəhər sakini olan qadına  zor tətbiq edərək içərisində 2550 manat və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Gəncə şəhər sakini Sadiq Quliyev saxlanılmışdır.