KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən ötən il dekabrın 12-də rayon ərazisindəki...

05.01.2019

Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən ötən il dekabrın 12-də rayon ərazisindəki mağazaların birindən 490 manat oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini olan yeniyetmə saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Mirdavud Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmağa cəhd göstərmiş Nail Quliyev saxlanılmışdır.

Yanvarın 5-də saat 14 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elşən Hacıyevin idarə etdiyi “Mercedes” və Kənan İsmayılovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Hacıyev hadisə yerində ölmüşdür. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.