KRİMİNAL XRONİKA

Əsas səhifə

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini...

08.01.2019

Aparılmış profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əhməd Həsənov müvafiq sənədləri olan “Phoenix” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil vermişdir.

Binəqədi RPİ 6-cı PB-nin əməkdaşları tərəfindən yanvarın 5-dən 8-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birinin həyətindən təmir-tikinti alətləri və 100 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Səftər Sultanzadə saxlanılmışdır.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 8-nə keçən gecə Nizami küçəsində yerləşən inzibati binalardan birinin divarına quraşdırılmış 3 ədəd kondisioner mühərrikini oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Daşdəmir Əsgərzadə saxlanılmışdır.