KRİMİNAL XRONİKA

Əsas səhifə

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində

10.01.2019

Pirallahı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə sakinləri Seyran Məmmədovdan 480 qram, Ağamirzə Məmmədovdan isə 450 qram marixuana götürülmüşdür.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən ötən ilin iyul ayında Sabunçu qəsəbə sakini olan bir qadını aldadaraq 580 manat, 4000 manat dəyərində qızıl-zinət və bəzək əşyalarını ondan almaqda şübhəli bilinən Bakı şəhər sakini F.Abdullayeva saxlanılmışdır.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-dən 10-dək olan müddətdə Buzovna qəsəbəsindəki evlərin birindən pul, televizor, noutbuk, suvenirlər, digər elektrik, məişət və bəzək əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Anar Fəttayev saxlanılmışdır.

Xətai rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Xətai RPİ-nin 34-cü Polis Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 avtomobildən parfümeriya, 3 ədəd noutbuk, geyim əşyaları və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Müşfiq Zeynalov saxlanılıb. Araşdırmalar aparılır.