KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri

11.01.2019

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan  Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana aşkar olunraq götürülmüşdür. Saxlanılan şəxs maddi sübutlarla birgə istintaqa təhvil verilib. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində  yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılmışdır.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin iyun-noyabr ayları ərzində rayon ərazisində 5 velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İslam Babayev saxlanılmışdır. 

Oğurluq etdiyinə görə tutulmuş Müşfiq Zeynalovun ətrafında Xətai RPİ 37-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin iyul-dekabr ayları ərzində rayon ərazisində 2 evdən və 1 avtomobildən pul və məişət əşyaları oğurlaması da müəyyən edilmişdir.