KRİMİNAL XRONİKA

Əsas səhifə

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ...

18.01.2019

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki  təmir sexlərinin birinin həyətindən 800 manat dəyərində mis qırıntıları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Oman Afonin və Yevlax rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Aqşin Salmanov saxlanılmışlar. 

Yanvarın 18-də saat 19 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.