KRİMİNAL XRONİKA

Əsas səhifə

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ...

19.01.2019

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılmışdır.
 
Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından 394 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Taleh Xankişizadə saxlanılmışdır.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılmışdır.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 18-də paytaxt sakini olan bir qadının içərisində pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini L.Əliyeva saxlanılmışdır.
 
Binəqədi RPİ 6-cı PB və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayəşin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılmışdır. 
Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülmüşdür.