KRİMİNAL XRONİKA

Əsas səhifə

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində...

25.01.2019

Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini V.Rəhimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür. Davam etdirilən tədbirlərlə V.Rəhimova narkotik vasitəni satmaqda şübhəli bilinən paytaxt sakini A.Cəfərov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, ondan heroin və marixuana götürülmüşdür. 

Daxil olmuş məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 2 ədəd  “F-1” qumbarası, 2 ədəd alışdırıcı və 7 ədəd patron tapılmışdır.

Yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.