KRİMİNAL XRONİKA

Əsas səhifə

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən...

29.01.2019

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirmişdir. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılmışdır. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilmişlər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanmışdır. Nərimanov RPİ-də araşdırma aparılır.