KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş E.Qurbanovun ətrafında Xətai RPİ-nin əməkdaşları...

30.01.2019

Oğurluq etdiyinə görə tutulmuş E.Qurbanovun ətrafında Xətai RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini K.Mirzəyevin mobil telefonunu oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Allahverdiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür.

Xətai RPİ 36-cı PB  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 24-də rayon ərazisindəki köşklərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Məmmədov və M.Nəcəfquliyev saxlanılmışlar.

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini R.Həbibov saxlanılmışdır.  Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş P.Qurbanov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan da heroin götürülmüşdür.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli bilinən Bakı şəhər sakini A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin götürülmüşdür. Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.İsakov da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmış, ondan heroin götürülmüşdür. Araşdırma aparılır.