KRİMİNAL XRONİKA

Əsas səhifə

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ...

01.02.2019

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 30 metr elektrik naqili və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Səmədov saxlanılmışdır.

Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazindəki evlərin birindən 1500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənəliyeva saxlanılmışdır.
 
Narkotik vasitə ilə tutulmuş S.Məhərrəmovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilmişdir. 

Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də rayon ərazisindəki marketlərin birindən soyğunçuluq yolu ilə 175 manat aparmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da  Bakı şəhər sakini C.Əhmədovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Şabran rayon sakinləri E.Mənsimov və əvvəllər  məhkum olunmuş M.Kamilov saxlanılmışlar.

Narkotik vasitə ilə tutulmuş R.Əliyevin ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilmişdir.

Fevralın 1-də saat 19 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Rəşad Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Natiq Hacıyevi vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır. Araşdırma aparılır.