KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun və S.Abbasovun ətraflarında...

02.02.2019

Oğurluq etdiyinə görə tutulmuş M.Məmmədovun və S.Abbasovun ətraflarında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların ötən il iyunun   10-dan sentyabrın 14-dək olan müddətdə 5 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

Soyğunçuluq etdiyinə görə tutulmuş C.Sultanovun ətrafında Nərimanov RPİ 17-ci PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il dekabrın 14-də Bakı şəhər sakini olan bir yeniyetməyə zor tətbiq edib içərisində pul olan pulqabısını alması da müəyyən edilmişdir.