KRİMİNAL XRONİKA

Əsas səhifə

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB...

06.02.2019

Oğurluq etdiyinə görə tutulmuş S.Pənahovun ətrafında Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Quba rayon sakini, əvvəllər məhkum olunmuş A.Həsənovla birgə 1 kafedən 200 ABŞ dolları, 1 sexdən inşaat materialları, 1 bərbər salonundan məişət əşyası, 1 qadının cibindən 1400 manat, 1 nəfərin velosipedini, habelə 3 mağazadan pul, bijuteriya, tütün məmulatı və sərinləşdirici içki oğurlaması da müəyyən edilmişdir.
Görülmüş tədbirlərlə A.Həsənov da saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun 4 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilmişdir.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də M.Bəkirovun “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun rayon ərazisində 2 evdən pul və mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Həsənov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun 3 nəfərin çantalarından pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilmişdir.

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il oktyabrın 26-da rayon ərazisində bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əlizadə saxlanılmışdır.

Nizami RPİ 25-ci PŞ-nin əməkdaşları tərəfindən yanvarın 23-də paytaxt sakini R.İbişovun 450 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Abbasov saxlanılmışdır.